92 milyon dollarlıq müqavilə

8 Dekabr 2024 06:14 (UTC+04:00)

Qapıçı İqor Şesterkin və “Reyncers” ümumi dəyəri 92 milyon dollar olan yeni müqaviləyə razılaşıb. SİA ESPN-ə istinadla xəbər verir ki, sözləşmə 8 il davam edəcək və 28 yaşlı rusiyalı hokkeçi ildə 11,5 milyon dollar alacaq. Onun əvvəlki maaşı 5,66 milyon dollar olub. Bununla, yeni mövsümdən etibarən Şesterkin NHL-də ən yüksək maaş alan qapıçı olacaq.