Burkina Fasoda baş nazir Apolliner Yoahim Kyelem de Tambela istefaya göndərilib və hökumət buraxılıb.
SİA-nın məlumatına görə, bu barədə Prezident Aparatından məlumat verilib. Məlumata görə, ölkə prezidenti İbrahim Traore hökuməti istefaya göndərib və baş nazir Tambelanı vəzifəsindən azad edib.
Məlumata görə, Tambelanın istefa səbəbi açıqlanmayıb, amma Nazirlər Kabinetinin yeni hökumət qurulana qədər öz vəzifələrini davam etdirəcəyi vurğulanıb.
Tambela, 2022-ci ilin sentyabrında İbrahim Traore hakimiyyətə gəldikdən qısa müddət sonra baş nazir vəzifəsinə təyin edilmişdi.