Qadın voleybolçuların çempionatında II tura yekun vurulub

7 Dekabr 2024 17:40 (UTC+04:00)

Qadın voleybolçular arasında Yüksək Liqanın ikinci turuna yekun vurulub.

SİA xəbər verir ki, turun son oyununda “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası” ilə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci turun daha əvvəl reallaşan matçlarında “Azərreyl” “Murov Az Terminal”ı 3:2, “Abşeron” isə UNEC-i 3:0 hesabı ilə üstələyib.