Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb

7 Dekabr 2024 17:03 (UTC+04:00)

Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb. SİA-nın məlumatına görə, Şirvan sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.