İsmayıllıda yanğın olub

7 Dekabr 2024 13:11 (UTC+04:00)

İsmayıllıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İsmayıllı rayonunun Kəlbənd kəndində ümumi sahəsi 135 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin içərisində yığılan 20 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.