Ağcabədidə qadın qətlə yetirilib

7 Dekabr 2024 10:51 (UTC+04:00)

Ağcabədidə qadın boğazı kəsilərək öldürülüb. SİA-nın xəbərinə görə, 1982-ci il təvəllüdlü Afət Əsgərovanın meyiti evində aşkarlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 2008-ci il təvəllüdlü Kamil Bağırov və qadının kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.