HƏMAS hərbi hava qüvvələrinin rəhbəri öldürüldü

7 Dekabr 2024 03:09 (UTC+04:00)

HƏMAS hərəkatının hərbi hava qüvvələrinin rəhbəri Qəzza zolağında öldürülüb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. "Həmas Hərbi Hava Qüvvələrinin rəhbəri Nidal əl-Nəccar Qəzza zolağında öldürülüb. O, 2023-cü il oktyabrın 7-də İsrailə hava hücumunun təşkilatçılarından biri olub”, - məlumatda qeyd olunub.