Rusiya bu şəhərə hücum etdi: 9 ölü, 20 yaralı var

7 Dekabr 2024 01:40 (UTC+04:00)

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin mərkəzinə ardıcıl zərbələr endirməsi nəticəsində 9 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. SİA xəbər verir ki, bu barədə Zaporojye vilayət dövlət administrasiyası və şəhər şurası sosial şəbəkədə məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində infrastruktura ciddi ziyan dəyib.