İtaliya A Seriyası: "Atalanta" "Milan"a qalib gələrək liderliyə yüksəlib

7 Dekabr 2024 02:21 (UTC+04:00)

İtaliya A Seriyasında XV turun daha bir oyunu keçirilib. SİA xəbər verir ki, çempionluq mübarizəsi aparan "Atalanta" doğma meydanda "Milan"la qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarını 34-ə çatdıran "Atalanta" birinci pilləyə yüksəlib. "Milan" isə 22 xalla 7-ci yerdə qalıb.