“Neftçi” məşhur şirkətlə əməkdaşlığa başlayıb

6 Dekabr 2024 18:25 (UTC+04:00)

“Neftçi” dünyanın ən yaxşı idmançılarının rəsmi oyunlarda geyindikləri və imzaladıqları unikal köynəklərin hərrac yolu ilə satışında qlobal lider olan MatchWornShirt ilə əməkdaşlığa başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, tərəfdaşlıq çərçivəsində paytaxt klubun oyunlarda geyinilmiş və imzalanmış formaları hərrac vasitəsilə azarkeşlərə təqdim olunacaq.

Bu, azarkeşlərə sevimli komanda və oyunçularının xatirə əşyalarını əldə etmək üçün unikal fürsət yaradır.