Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqları Dr.Könül Həsənova və Dr.Şahin Mazanov Türkiyə Anesteziologiya və Reanimasiya Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilən 58-ci Milli Konqresdə iştirak ediblər. SİA bu barədə quruma istinadən xəbər verir.