Çin Qran-prisi ilə müqavilənin müddəti uzadılıb - "Formula 1"

6 Dekabr 2024 16:26 (UTC+04:00)

"Formula 1" Çin Qran-prisi ilə müqavilənin müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Nəticədə Şanxaydakı mərhələ 2030-cu ilədək yarış təqvimində qalacaq.

Qeyd edək ki, cari mövsüm Çin Qran-prisi aprelin 19-21-i aralığında baş tutub.