Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib

6 Dekabr 2024 16:11 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Maltaya işgüzar səfəri çərçivəsində III Avropa Azərbaycanşünaslıq Konfransında iştirak edib. SİA-nın məlumatına görə, bu barədə nazirlik rəsmi “X” hesabında məlumat yayıb.

Nazir COP29-a Azərbaycanın evsahibliyi etməsi, nəticələri, eləcə də Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsindəki təşəbbüsləri barədə çıxış edib.

Ceyhun Bayramov çıxışı zamanı münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə də məlumat verib.

Xarici işlər naziri yekunda çoxsaylı sualları cavablandırılıb.