Milli Məclisə “Diplomatik xidmət haqqında” qanun layihəsi daxil olub

6 Dekabr 2024 15:37 (UTC+04:00)

Milli Məclisə “Diplomatik xidmət haqqında” qanun layihəsi daxil olub. SİA-nın xəbərinə görə, qanun layihəsi dekabrın 9-da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə iclasında müzakirə olunacaq.