Azərbaycanın U-19 yığmasının rəqibləri müəyyənləşib

6 Dekabr 2024 14:01 (UTC+04:00)

Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində gerçəkləşib.

İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel ayları aralığında keçiriləcək.