Azərbaycanın U-17 millisinin ikinci mərhələdəki rəqibləri

6 Dekabr 2024 12:45 (UTC+04:00)

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.