Azərbaycan Yüksək Liqasında II tura start veriləcək

6 Dekabr 2024 09:20 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün II tura start veriləcək. SİA xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Azərreyl" "Murov Az Terminal"la üz-üzə gələcək. Görüş saat 15:00-da başlayacaq. Saat 17:00-da isə "Abşeron" - UNEC matçına start veriləcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Qeyd edək ki, "Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı dekabrın 7-də keçiriləcək.