ABŞ-ın Qazaxıstandakı səfiri istefa verəcəyini açıqlayıb

6 Dekabr 2024 07:48 (UTC+04:00)

ABŞ-ın Astanadakı səfiri Daniel Rozenblüm Qazaxıstan hökumətinə bildirib ki, 2025-ci il yanvarın 20-də ABŞ Dövlət Departamentində 28 illik uğurlu karyerasını başa vuraraq vəzifəsindən istefa verəcək. SİA ABŞ-ın Qazaxıstandakı səfirliyinin saytına istinadla xəbər verir ki, diplomat 2022-ci ilin noyabrından missiyanın rəhbəri vəzifəsini icra edir. D.Rozenblüm Vaşinqtonun güclü və inkişaf edən tərəfdaşlıq əlaqələri qurduğu Qazaxıstanda ABŞ-ı təmsil etmək imkanına görə minnətdarlığını bildirib.

Məlumatda qeyd olunur ki, səfirin rəhbərliyi altında ABŞ və Qazaxıstan arasında əlaqələr inkişaf edib, ticarət və investisiyalar sahəsində əhəmiyyətli irəliləyişlər əldə edilib.