Ruslar yenə də öz kəndlərini bombalayıblar...

5 Dekabr 2024 21:43 (UTC+04:00)

Rus pilotları Rusiya Federasiyasının kəndlərinin ərazisinə növbəti dəfə aviabombalar “atdılar”.

SİA xəbər verir ki, bu dəfə hadisə Belqorod vilayətində baş verib.

ASTRA Telegram kanalı mənbələrinin məlumatına görə, noyabrın sonunda Rusiya Aerokosmik Qüvvələri Belqorod vilayətinə birdən-birə üç FAB atıb.

Onlardan birinin Belqorod vilayətinin Veselaya Lopan kəndindəki yaşayış binasının yaxınlığında “gözlənilmədən aşağı endiyi” məlum olub.

Halbuki bu kənd Ukrayna ilə sərhəddən 30 km-dən çox məsafədədir.

...Xəsarət və dağıntıların qarşısı alınmayıb.

Daha bir aviabomba Bessonovka kəndindən 7 kilometr aralıda tarlaya düşüb.

Günün üçüncü FAB-ı Dragunskoye kəndində tapılıb.

Bu dəfə döyüş sursatları yaşayış binalarından 3 kilometr aralıda yerləşən yarımstansiya ərazisinə düşüb.

Ümumilikdə, ASTRA-nın məlumatına görə, 2024-cü ildə Rusiyaya və Ukraynanın işğal olunmuş ərazilərinə ən azı 162 hava bombasının düşməsi faktı məlumdur.

Xüsusilə, bu cür hallarla bağlı bir sıra hallar əvvəllər də bildirilmişdi.

Əli Babayev