Sabirabadda qəza nəticəsində piyada ölüb

5 Dekabr 2024 18:18 (UTC+04:00)

Sabirabad rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə saat 15 radələrində Sabirabad şəhərində qeydə alınıb. Elşad Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən, piyada Zaur Səfərovu vurub.

Ağır dərəcəli xəsarət alan piyada Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.