Mərkəzi Bank sədrinə birinci müavin və iki müavin təyin edilib

5 Dekabr 2024 17:11 (UTC+04:00)

Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Vüsal Cahangir oğlu Xəlilov və Əli İsmayıl oğlu Əhmədov Azərbaycan Mərkəzi Bankı sədrinin müavinləri təyin edilib.