Mərkəzi Nəbatət Bağı bu gündən əhali üçün açıqdır

5 Dekabr 2024 15:23 (UTC+04:00)

Mərkəzi Nəbatət Bağı bu gündən əhali üçün açıqdır. SİA xəbər verir ki, bu barədə bağdakı işlərlə tanış olan media nümayəndələrinə məlumat verilib.

Qeyd olunub ki, giriş qiymətləri 2013-cü ildə qəbul edilən qərara əsasən hələlik əvvəlki kimi 2 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri noyabrın 28-də Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.