Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

5 Dekabr 2024 13:31 (UTC+04:00)

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb. SİA xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Komandamız 9-cu qrupda Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

Matçlar 2025-ci il iyulun 1-dən noyabrın 18-dək keçiriləcək.