Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı

5 Dekabr 2024 12:40 (UTC+04:00)

Bu ilin noyabr ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min 978 nəfər olub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların 110 min 454-ü yaşa, 14 min 285-i əlilliyə, 21 min 239 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.