Daşkəsəndə 4 otaqlı ev yanıb

5 Dekabr 2024 10:18 (UTC+04:00)

Daşkəsəndə 4 otaqlı ev yanıb. Bu barədə SİA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonunun Güneykənd kəndində baş verib.

Belə ki, ümumi sahəsi 100 m² olan kürsülü ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 84 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.