İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 5,6 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Xuzistan əyalətinin Heftgel şəhəri olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 07.32-də qeydə alınıb.
Zəlzələ yerin 10 kilometr dərinliyində baş versə də, can itkisi olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.