Azərbaycan Yüksək Liqasında I tura yekun vurulacaq

5 Dekabr 2024 09:50 (UTC+04:00)

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I tura bu gün yekun vurulacaq. SİA-nın məlumatına görə, sonuncu matç Sumqayıtda keçiriləcək.

"Gənclər" “Xilasedici” ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün “Murov Az Terminal” MOİK-ə 3:0, “Neftçi” isə “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlib.