“Qarabağ”ın sabiq futbolçusu vəfat etdi

5 Dekabr 2024 02:14 (UTC+04:00)

“Qarabağ”ın veteran futbolçusu Ənvər Axundov dünyasını dəyişib. Klubdan SİA-ya verilən məlumata görə, o, 71 yaşında vəfat edib. Ə. Axundov klubun akademiyasında qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərib.