Kişi voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçirilib

4 Dekabr 2024 21:14 (UTC+04:00)

Kişi voleybolçular arasında Yüksək Liqa start götürüb.

SİA xəbər verir ki, I turda iki oyun keçirilib. “Murov Az Terminal” klubunun idman zalında “Murov Az Terminal” və MOİK, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Neftçi” və “Azərreyl” komandaları üz-üzə gəliblər. “Murov Az Terminal” MOİK-i, “Neftçi” isə “Azərreyl”i məğlub edib.

Qeyd edək ki, I turun növbəti oyunu sabah Sumqayıtda keçiriləcək. “Xilasedici” komandası “Gənclər”in qonağı olacaq.