İspaniyalı ilə Premyer Liqanın dörd aparıcı klubu maraqlanır

4 Dekabr 2024 20:28 (UTC+04:00)

..."Atletik Bilbao"nun 22 yaşlı cinah oyunçusu Niko Uilyams Dumanlı Albiona keçməyə yaxındır. İngiltərə Premyer Liqasının dörd aparıcı klubu futbolçunun xidmətində maraqlıdır.

SİA "The Athletic"-ə istinadən xəbər verir ki, bunlar "Arsenal", "Çelsi", "Liverpul" və "Tottenhem"dir.

Əvvəllər mətbuatda Uilyamsa "Barselona", "Real Madrid", "Atletiko Madrid", "Bavariya", "Paris Sen-Jermen" və bir sıra Avropa futbol nəhənglərindən maraqla bağlı şayiələr də yayılmışdı.

Bu mövsüm Uilyams bütün turnirlərdə 18 matçda iştirak edərək 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Nazlı Almuradova