DİQQƏT: Telefonlarımızı kim və necə dinləyir? - ARAŞDIRMA

4 Dekabr 2024 16:49 (UTC+04:00)

Maraqlıdır ki, son vaxtlar sosial şəbəkələrdə, internetdə olarkən nəsə desək, həmin mövzuda reklamlar görməyə başlayırıq. Bu vəziyyət insanların “Biz dinlənilirik?” sualına səbəb olur. Bəs, həqiqətən dinləyirik? Yoxsa bu təsadüfdür?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Maraqlıdır ki, son vaxtlar insanların dediyi sözlər reklam olur. Məsələn, bir dostunuza yeni bir avtomobil haqqında danışdınız. Sonra internetdə gəzərkən həmin avtomobilin elanını gördünüz. Belə olan halda “biz dinlənilirikmi?” deyə sual yaranması normaldır. Bu vəziyyətin təsadüf olması da mümkündür.

Bizi dinləyirlərmi sualının cavabı sadəcə olaraq “bəli” və ya “yox” deyil. Çünki bu, istifadə olunan texnologiyadan və məlumatların necə istifadə olunmasından asılı olaraq dəyişir. Əvvəllər insanların nə dediyini izləmək çətin idi. Ancaq indiki vaxtda internet və sosial media sayəsində insanların dediklərini izləmək çox asanlaşıb. Bu, şirkətlərə insanların dediklərini izləməyə və bu məlumatı marketinq məqsədləri üçün istifadə etməyə imkan verir.

Şirkətlər insanların dediklərini izləmək üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn, onlar sosial media platformalarından, axtarış motorlarından və hətta telefon zənglərindən məlumat toplaya bilərlər. Bu məlumatlar şirkətlərə insanların maraqlarını və davranışlarını anlamağa kömək edir.

Bu məlumatlar əsasında şirkətlər insanların diqqətini cəlb edən reklamlar yarada bilərlər. Bu, dediyimiz şeylərin reklam kimi görünməsinə səbəb olur.

Təbii ki, bu həmişə doğru deyil. Bəzən dediklərimizin reklam kimi görünməsi təsadüf ola bilər. Ancaq bu gün bunun təsadüf olma ehtimalı kifayət qədər aşağıdır.

Həlli yolu var?

Dediklərinizin reklam kimi qarşısına çıxmasını istəmirsinizsə, bu addımları izləyə bilərsiniz:

- Google profilinizi açın,

- Hesabınızı idarə et bölməsinə klikləyin,

- Veb və tətbiq fəaliyyətini seçin,

- Nitq və audio fəaliyyətini söndürün,

- Sonra qayıt,

- Məlumat və məxfilik üzərinə klikləməklə burada reklam mərkəzini seçin,

- Görünən reklamlar bölməsini söndürün.

SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov: “Son illərdə insanların ən çox marağına səbəb olan mövzulardan biri də niyə haqqında danışdığımız çox keçmədən reklamlarda bizim qarşımıza çıxır. Hərkəsi marağlandıran odur ki telefonumuza qulağ asırlar?
Əslində bunu edən bizim telefonumuz yox telefona yüklü olan programlar və bizim o programlara verdiyimiz icazələrdir.

Belə ki biz hərhansısa programı yüklədikdə ona mikrafon icazəsi veririk və internetimiz açıq olarkən danışdığımız sözlər dinlənilir və filterlərdən keçir. Filterlər dediklərimiz isə firmaya lazım olan (key words) yani açar sözlərdir. Sizin danışığınızda keçən hər hansısa bir söz o açar söz ilə üst-üstə düşərsə sizin qarşınıza onunla bağlı reklamlar çıxarır. Sizin üçün vacib olmayan bir mövzu belə olsa danışdığınız məhsul,xidmət və s. Sizin qarşınıza çıxararaq sizə doğurdanda ehtiyacınız varmış kimi hiss etdirib xatırlatma edir.

Bəs bunun qarşısını almaq mümkündür? Təəsüf ki nə ios nədə Android də bu mümkün deyil.

Alabiləcəyiniz tədbir isə bildirim almanı bağlama və ya programi silmək ola bilər”.

Qabaqcıl alqoritmlərə malik tətbiqlər bizdən aldıqları bütün məlumatları yoxlayır və bizə tam olaraq ehtiyac duyduğumuz reklamları təqdim edir. Google və Yandex kimi axtarış sistemlərində etdiyimiz hər bir axtarış bizə lazım olan şeylər haqqında təsəvvür yaradır. Hələlik hər şey normaldır. Bəs, klaviaturada yazaraq axtarmadığımız, ancaq dostlarla söhbət zamanı danışdığımız mövzular haqqında reklamlara nə demək olar? Dünyanın ən populyar tətbiqləri bizi 24/7 dinləyə bilərmi?

Rəqəmsal dövrün gətirdiyi ən böyük problem:

Şəxsi məlumatların məxfiliyi

Mobil cihazlarımızın mikrofonları şəxsi həyatımızı tamamilə "əlçatan" edir Türkiyədə çox yayılmış olmasa da, Amazon Echo bizi dinləməklə istəklərimizi yerinə yetirmək üçün hazırlanmış bir proqramdır. OK Google və Apple Siri də oxşar məntiqlə işləyən proqramlardır.

Heç vaxt yazılı şəkildə axtarmadığınız, ancaq telefonda və ya real həyatda danışdığınız şeyləri reklam kimi görməyə başlamısınız?

Həyatlarında heç vaxt pişiyi olmayan və bu barədə planlaşdırmayan cütlük sınaq məqsədilə pişik yemi haqqında danışır. Nəticə bizim proqnozlaşdırdığımız kimidir: pişik yemi reklamları.

Facebook daha əvvəl şəxsi məlumatların məxfiliyi ilə bağlı seçkilərdə manipulyasiya kimi ciddi ittihamlarla üzləşib və müxtəlif sahələrdə astronomik cərimələr ödəməli olub. Daha əvvəl Cambridge Analytica qalmaqalı ilə gündəmə gələn və ABŞ seçkilərində manipulyasiya etdiyi iddia edilən Facebook, son vaxtlar ödədiyi astronomik cərimələrlə adından söz etdirmişdi. Şəxsi məlumatların məxfiliyi ilə bağlı adekvat tədbirlər görmədiyi müəyyən edilən Facebook, Avropa Birliyi və Türkiyə və İngiltərə kimi bir çox ölkədən astronomik cərimələr aldı.

Google və Facebook telefon dinləmələrindən reklam məqsədləri üçün istifadə etmədiklərini və bu məlumatları üçüncü tərəflərə satmadıqlarını bildirirlər. Dünya nəhəngi sayılan bu iki şirkət, bütün ittihamlara baxmayaraq, məlumatların məxfiliyini pozmadıqlarını və “dinləmə” məlumatlarından reklam məqsədləri üçün istifadə etmədiklərini bildirirlər. Qeyd edək ki, Facebook-a bağlı şirkətlər arasında Instagram və WhatsApp kimi proqramlar da var.

Ayşən Vəli