Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələnib

4 Dekabr 2024 16:14 (UTC+04:00)

UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib. SİA-nın məlumatına görə, buna oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş Estoniya - Azərbaycan matçında fanatların meydana yad əşyalar atması səbəb olub.

Qurum buna görə 4875 avro ziyana düşüb.

Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.