Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu auditor seçib

4 Dekabr 2024 15:11 (UTC+04:00)

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 2 900 manat ödəniləcək.

Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu Prezident İlham Əliyevin 17 noyabr 2023-cü il tarixli fərmanına əsasən yaradılıb.