İranın Xorasan əyalətində bitki yağı fabrikində baş verən yanğında ilkin məlumata görə, 4 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğından sonra fabrikdə partlayış olduğunu bildirilib. Yanğınsöndürənlər tərəfindən nəzarətə götürülən yanğında ilkin məlumata görə, 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Xilasetmə qruplarının yanğın yerində işləri davam edir.