Azərbaycan Basketbol Liqasının V turunda bu gün daha iki oyun keçiriləcək. SİA xəbər verir ki, hər iki qarşılaşma A qrupunda olacaq.
Əvvəlcə NTD “Sərhədçi” ilə üz-üzə gələcək. Sərhədçi İdman Mərkəzində baş tutacaq görüş saat 15:30-da başlayacaq. “Neftçi” isə “Abşeron”la qarşılaşacaq. Eyni məkanda gerçəkləşəcək bu oyunun start fiti saat 19:00-da səsləndiriləcək.
Hazırda “Sərhədçi” 6 xalla üçüncüdürsə, “Abşeron”la NTD 5 xalla müvafiq olaraq dörd və beşinci pillələrdə yer alıb. 6-cı yerdə qərarlaşan “Neftçi”nin isə 4 xalı var.
Qeyd edək ki, V turun dekabrın 3-də keçirilən “Ordu” - “Quba” görüşü qonaqların 101:75 hesablı qələbəsi ilə yekunlaşıb.