Mingəçevir şəhərində yeniyetmə döyülüb. SİA -nın xəbərinə görə, hadisə dünən saat 12 radələrində qeydə alınıb. Mingəçevir şəhərində 36 yaşlı Anar Abdullayev yeniyetməni döyərək xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.