Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

4 Dekabr 2024 09:42 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,86 ABŞ dolları və ya 2,5% azalaraq 76,05 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,19 dollar təşkil edib.