Vladimir Jirinovskinin qızı Anastasiya Botsan-Xarçenko 2026-cı ildə Dövlət Dumasına keçiriləcək seçkilərdə LDPR-dən namizəd olacaq. SİA "Kommersant"a istinadla xəbər verir ki, partiya siyahısında birinci yerdə yer alacaq. LDPR fraksiyasının sədr müavini Stanislav Naumovun sözlərinə görə, onun siyasi yüksəlişinin təşəbbüskarı partiya lideri Leonid Slutski olub və onu Jirinovskinin 80 illik yubileyinin keçirilməsində işə cəlb edib. Jirinovskinin qeydiyyatsız nikahdan olan qızı Botsan-Xarçenko atasının ölümündən bəri partiyanın həyatında fəal iştirak edir, xüsusən də Jirinovski Fonduna rəhbərlik edir.