Səudiyyə Ərəbistanı 11-ci Qlobal Su Forumuna ev sahibliyi edəcək

4 Dekabr 2024 02:03 (UTC+04:00)

Səudiyyə Ərəbistanı 2027-ci ildə 11-ci Qlobal Su Forumuna ev sahibliyi etməyə hazırlaşır. SİA “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səud ər-Riyadda keçirilən Qlobal Su Sammitində bildirib.

Vəliəhd çıxışında, həmçinin mərkəzi qərargahı ər-Riyadda yerləşəcək Qlobal Su Təşkilatının təsis olunduğunu də elan edib. Qeyd edilib ki, təşkilat su ilə bağlı problemlərin beynəlxalq səviyyədə həlli, təcrübə mübadiləsi və su problemlərinə innovativ texnologiyalar kimi inklüziv həll yollarının tapılması üçün səyləri birləşdirəcək, tədqiqat və inkişafı gücləndirəcək.