Türkiyə sentyabrın 1-dən etibarən fındıq ixracından 811 milyon dollardan çox gəlir əldə edib.
Bu barədə Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinin yaydığı bəyanatda məlumat verilib.
SİA xəbər verir ki, bəyanata görə, 1 sentyabr - 30 noyabr tarixləri arasında həyata keçirilən fındıq ixracından 811 milyon 879 min 294 dollar gəlir əldə olunub. Bu müddət ərzində 100 min 426 ton fındıq ixrac olunub. Keçən ilin eyni dövründə isə 83 min 53 ton fındıq ixrac edilmiş və bu ixracdan 569 milyon 358 min 36 dollar gəlir əldə olunmuşdu.