ABŞ və Almaniya Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıblar

3 Dekabr 2024 21:24 (UTC+04:00)

ABŞ və Almaniya Rusiya ilə gərginliyin artması qorxusuna görə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıblar.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Jornal” məlumat yayıb. Nəşrin mənbələrinə görə, Kiyev Şimali Atlantika Alyansı ölkələrinin xarici işlər nazirlərindən Ukraynanın ona dəvət edilməsi ilə bağlı tövsiyələr almaqda israrlıdır.

Əli Babayev