Tbilisidəki aksiyalarda saxlanılanların 30 faizi xarici ölkə vətəndaşlarıdır

3 Dekabr 2024 20:50 (UTC+04:00)

Tbilisidə keçirilən etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır.

SİA xəbər verir ki, bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bu gün keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, təkcə bir gecədə saxlanılan 10 nəfərdən 8-i xarici ölkə vətəndaşlarıdır. Saxlanılanlar arasında Rusiya, ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var. M.Mdinaradze deyib: “Ən radikal etirazçılar arasında xarici vətəndaşlardan əlavə, keçmiş Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan üçün” və “Birləşmiş Milli Hərəkat” partiyasının fəalları da olub”.