Cənubi Koreyada hərbi vəziyyət KXDR üçün “hədiyyə” adlandırılıb

3 Dekabr 2024 20:45 (UTC+04:00)

Hərbi analitik və Kral Müdafiə Araşdırmaları İnstitutunun keçmiş direktoru Maykl Klark Cənubi Koreyadakı hərbi vəziyyətin və siyasi böhranın KXDR-ə hədiyyə olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “Sky News” sitat gətirir.

Klark vurğulayıb ki, Pxenyan öz təbliğatında Cənubi Koreyadakı hadisələrdən istifadə edəcək. O, həmçinin qeyd edib ki, Seulun müttəfiqləri baş verənləri diqqətlə izləyəcəklər.

...Cənubi Koreyada daimi olaraq 30 minə yaxın Amerika əsgəri var. Beləliklə, ABŞ-ın bu barədə deyəcək çox şeyi olacaq. Qonşularımız da, Yaponiya da olacaq.

Bunu Klark bildirib.

Xatırladaq ki, dekabrın 3-də Koreya Respublikasının Prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edərək, bu addımı “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib.

Jurnalistlər dövlət başçısının ona qarşı impiçment prosedurunu həyata keçirmək cəhdləri ilə əlaqədar müvafiq qərar qəbul etdiyini istisna etməyiblər.

Əli Babayev