Rusiya ordusu iki yaşayış məntəqəsini ələ keçirib

3 Dekabr 2024 19:43 (UTC+04:00)

Rusiya ordusu biri Donetsk, digəri isə Zaporojya bölgəsindəki iki yaşayış məntəqəsini nəzarətə götürüb.

SİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya-Ukrayna müharibəsində hərbi birləşmələrin fəaliyyəti ilə bağlı məlumatlar yer alıb.

Bildirilib ki Rusiya qoşunları qətiqqətli əməliyyatları nəticəsində "Donetsk Xalq Respublikası"nın Romanovka, Zaporijya bölgəsinin də Novodarovka yaşayış məntəqələrini nəzarətə götürüb.

Açıqlamada son 24 saat ərzində Ukraynanın 142 bölgəsində hərbi hava limanı infrastrukturuna və enerji obyektlərinə qarşı hücumların təşkil edildiyi, müharibə başlayandan bu yana 649 təyyarə, 283 helikopter, 37 min 122 pilotsuz uçuş aparatının ( PUA), 586 hava hücumundan müdafiə raket sistemi, 1600 tank və zirehli texnika, 1497 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 18897 haubitsa və minaatan ilə Ukrayna ordusunun 19 bölməsi məhv edilib.

Nazirliyin bəyanatında həmçinin bildirilib ki, Ukrayna ordusu avqustun 6-dan bu yana Kursk istiqamətində 37 min 655 əsgər, 228 tank, 165 piyada döyüş maşını, 123 zirehli transportyor və 1223 zirehli texnika itirib.

Rusiya Müdafiə Nazirliyi dekabrın 1-də ordunun Donetsk vilayətinin İlyinka və Petrovka yaşayış məntəqələrini ələ keçirdiyini açıqlayıb.

Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.