Bəşər Əsəd rejiminə qarşı olan silahlı qruplar, Hələb və İdlib vilayətlərindən sonra Həma vilayətində də rejim güvvələrinin nəzarətində olan 16 yaşayış məntəqəsini ələ keçirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, son 6 gündür Əsəd rejimi ilə toqquşan qruplar Həma əyaləti, Hələbin mərkəzinin böyük hissəsi və İdlib vilayətindəki bəzi kiçik yaşayış məntəqələrini nəzarətə alıb.
Noyabrın 27-də Suriyanın şimalında, Hələb vilayətinin qərbində rejim qüvvələri ilə rejimə qarşı silahlı qruplar arasında qarşıdurma başlayıb.
Dekabrın 1-də isə Suriya Milli Ordusunun Hələbdə separatçı terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfatın mərkəzi terrordan azad edilib.