ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin dekabrın 2-də başlayan səfəri ilə əlaqədar Anqolanın bir sıra şəhərlərində küçə ticarəti və dəfn mərasimləri qadağan edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Anqolanın “O Novo Jornal” nəşri məlumat yayıb.
...Benguelada dəfn mərasimləri təxirə salınacaq, bir neçə yol bağlanacaq və küçə ticarəti qadağan ediləcək,- deyə nəşr qeyd edir.
Nəşrin məlumatına görə, Amerika lideri Benguela əyalətindəki dəmir yoluna baş çəkmək niyyətindədir.
Bundan əlavə, Katumbela və Luonqo bələdiyyələrində dekabrın 4-də keçirilməsi planlaşdırılan dəfn mərasimləri dekabrın 5-nə təxirə salınacaq.
Əli Babayev