Ötən həftə Supra-nın “vida” versiyasını təqdim etdikdən sonra Toyota modelin yeni nəsli haqqında bəzi məlumatlar paylaşdı. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, son məlumatlara görə, avtomobil 400 at gücü hasil edən 2,0 litrlik turbomühərrikli hibrid güc aqreqatı alacaq və 500 Nm fırlanma anı...
Elektrik mühərriki ilə tandemdə ümumi hasilat 429 at gücünə çata bilər. və 570 Nm fırlanma anı...
Bu, Supra-nın son versiyası üçün mövcud olan rəqəmlərdən xeyli çoxdur. Mühərrik ya 8 pilləli, ya da 10 pilləli avtomatik transmissiya ilə birləşdiriləcək. Yəqin ki, opsiya kimi avtomobili imitasiya mexaniki transmissiya ilə təchiz etmək mümkün olacaq.
Yeni Supra Toyota-nın genişləndirilmiş Gazoo Racing idman avtomobilləri seriyasının bir hissəsi olacaq ki, bu sıraya yenilənmiş Celica, MR2, GR 86 və GR GT3 superkar da daxil olacaq. Toyota GR Supra Mk6-nın 2027-ci ildə debüt edəcəyi gözlənilir. Bununla belə, mövcud nəsil 2025-ci ildə istehsalını bitirdikdən sonra boşluğu doldurmaq üçün modelin 2026-cı ildə bazara çıxması ehtimalı var.
Nazlı Almuradova