Siyavuş Novruzovun vətəndaşlarla növbəti qəbulu keçirilmişdir

3 Dekabr 2024 15:17 (UTC+04:00)

30 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tərəfindən #Şərur rayon #Püsyan kənd İcra nümayəndəliyində vətəndaşların qəbulu üzrə cədvələ əsasən növbəti qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılmışdır.

Qəbulda YAP Şərur Rayon Təşkilatının sədri Əmir Babayev və Püsyan kənd İcra nümayəndəsi Elşən Tağıyev iştirak etmişdir.

Qəbulda müraciət edənlər şəhid ailələri, müharibə veteranları, kəndin ağsaqqalları və sakinləri, gənclər və digər kateqoriyadan olan vətəndaşlar olmuşlar.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, kənd təsərrüfatı, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.

Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.