AFFA rəsmiləri Xüsusi İnternat Məktəbinin şagirdləri ilə görüşüblər

3 Dekabr 2024 17:31 (UTC+04:00)

AFFA rəsmiləri Beynəlxalq Əlillər Günü ilə əlaqədar Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbinin şagirdləri ilə görüşüblər. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti Elşad İbrahimli, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, məktəbin direktoru İradə Vəzirova və idman müəllimi Günay Məmmədova iştirak ediblər.

Məqsəd uşaqların sağlam həyata inteqrasiyası və onların arasında görmə məhdudiyyətlilərin futbolunu inkişaf etdirməkdir.

Sonda görmə məhdudiyyətli uşaqlara xüsusi səsli toplar hədiyyə olunub.