ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

3 Dekabr 2024 17:05 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 6 milyard 494 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. SİA Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,55 dəfə çoxdur.

Təkcə noyabrda isə ARDNF-in valyuta satışının məbləği 574,6 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,45 dəfə çoxdur.

Bu il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməlidir. 11 ay ərzində bunun 11 milyard 715,9 milyon manatı təmin olunmalı idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 676,1 milyon manat az - 11 milyard 39,8 milyon manat olub.